BAKI, 16 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki və "MS Now" televiziya kanalını böhtan xarakterli açıqlamalara görə məhkəməyə vermək niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Jen Psaki telekanalda yayımlanan verilişdə Erikin atası ilə birlikdə Çinə kommersiya məqsədilə səfər etdiyinə işarə edib.

Erik Tramp sosial şəbəkədəki paylaşımında bildirib ki, onun Çində heç bir kommersiya marağı yoxdur.

“Cen Psaki və "MS Now"-nu məhkəməyə vermək niyyətindəyəm. Mənim Çində heç bir kommersiya marağım yoxdur. Çinə səfərim atama dəstək məqsədi daşıyıb.”, – deyə o yazıb.