BAKI, 15 may. TELEQRAF

Uusimaa bölgəsində pilotsuz uçuş aparatının (PUA) yaratdığı təhlükə səbəbindən Finlandiya paytaxtının hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Baş nazir Petteri Orpo "X" hesabında qeyd edib ki, Uusimaa şəhərində PUA ilə bağlı xəbərdarlıq edilib: "Tədbirlər görülür. Müdafiə qüvvələri bütün müşahidə və əks-tədbir imkanlarını işə salıb".

Daha sonra Finlandiya Daxili İşlər Nazirliyi bölgədə dron təhlükəsinin sona çatdığını elan edib.

Məlumata görə, Helsinki Hava Limanı fəaliyyətini bərpa edib.