BAKI, 15 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə görüşündən sonra onun ciddi və işinə fokuslanan siyasətçi olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
ABŞ liderinin sözlərinə görə, Si Cinpin səmimi insan olsa da, diqqətini tam şəkildə işə yönəldir və formal söhbətlərə vaxt ayırmır.
“O, mehriban insandır, amma eyni zamanda tam şəkildə işinə fokuslanır, oyun oynamır. Hava, ulduzlar və ya günəş barədə söhbətlər etmir, tam şəkildə məsələyə köklənir. Bu isə mənim xoşuma gəlir”, - Donald Tramp bildirib.