BAKI, 9 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda irəliləyiş əldə olunmasa, Hörmüz boğazında “Project Freedom” ("Azadlıq layihəsi") əməliyyatının yenidən başladılmasının mümkün olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

“Əgər heç nə baş verməsə, biz "Project Freedom"a qayıda bilərik. Amma bu, artıq "Project Freedom plus" olacaq”, - ABŞ lideri deyib.

Qeyd edək ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə “Project Freedom” əməliyyatına mayın 4-də start vermişdi.

Lakin ertəsi gün Donald Tramp Pakistan və bir sıra digər ölkələrin müraciətindən sonra əməliyyatın müvəqqəti dayandırıldığını açıqlamışdı.