BAKI, 7 may. TELEQRAF

Rusiya Ukrayna tərəfini Qələbə Günü münasibətilə Moskva tərəfindən elan edilən atəşkəsə riayət etməyə çağırır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya qoşunlarına atəşkəs dövründə zərbələr endirməmək əmri veriləcək. Ukrayna tərəfini buna riayət etməyə çağırırıq", - deyə nazirlik qeyd edib.

Qeyd edək ki, Rusiya İkinci Dünya Müharibəsindəki qələbə günü münasibəti ilə 8 may saat 00:00-dan 10 may tarixinə qədər atəşkəs elan edib.