BAKI, 6 may. TELEQRAF

Türkiyənin "Baykar" şirkəti İndoneziyanın "Republikorp" firması ilə "Kızılelma" pilotsuz döyüş təyyarələrinin ixracı üçün rəsmi müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, sənəd İstanbulda keçirilən "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi çərçivəsində imzalanıb.

Razılaşmaya əsasən, İndoneziyaya ilk mərhələdə 12 təyyarədən ibarət eskadrilya təhvil veriləcək. Müqavilədəki şərtlər daxil olmaqla, gələcəkdə tədarükün ümumilikdə 48 təyyarəyə qədər artırılması nəzərdə tutulur.

Qeyd edək ki, ilk uçuşunu 2022-ci ildə reallaşdıran "Kızılelma" pilotsuz qırıcılarının 2028-ci ildən etibarən İndoneziyaya çatdırılması planlaşdırılır.