BAKI, 5 may. TELEQRAF
Livan və İsrailin ABŞ-dəki səfirləri Nada Hammadeh-Mouavad və Yeçiel Laiter arasında məsləhətləşmələrin üçüncü raundu 6-7 may tarixlərində Vaşinqtonda keçiriləcək.
Teleqraf xəbər verir ki, diplomatlar mayın ikinci yarısına planlaşdırılan birbaşa ikitərəfli danışıqlara hazırlıq məsələlərini müzakirə edəcəklər.
14 apreldə keçirilən birinci raunddan sonra Livanda atəşkəs elan edilməsi barədə razılıq əldə olunub. 23 apreldə keçirilən ikinci raunddan sonra atəşkəsin üç həftə uzadılması barədə razılığa gəlinib.
Tərəflər arasında təmaslar ABŞ Dövlət Departamentində Prezident Donald Tramp administrasiyasının dəstəyi ilə həyata keçirilir.