BAKI, 5 may. TELEQRAF

İsrail Livan ərazisini qadağan olunmuş fosfor mərmiləri ilə atəşə tutub.

Teleqraf xəbər verir ki, bu barədə Livanın dövlət agentliyi "NNA" məlumat yayıb.

Qeyd olunur ki, İsrail döyüş təyyarələri Kəfra, Bəraşit və Səfəd əl-Bətih şəhərlərinə hücumlar həyata keçirib.

Livan mediasının məlumatına görə, Bint Jbeil bölgəsindəki Quneytra və Beyt Yahun şəhərləri beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor mərmilərindən istifadə edilərək artilleriya atəşinə tutulub.