BAKI, 6 may. TELEQRAF
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulacağı təqdirdə bunun xalqın ruhuna xəyanət olacağını bildirib.
Teleqraf xəbər verir ki, Vuçiç bu barədə "Informer" televiziya kanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etsəydi, o, “dünyanın ən böyük demokratik liderlərindən biri” kimi təqdim oluna bilərdi, lakin belə bir addım ölkə daxilində etirazlara səbəb olmazdı.
Vuçiç qeyd edib ki, Belqrad bu qərarı vermədiyi üçün müəyyən imkanları qaçırıb, lakin belə bir addım atacağı halda xalqın dəyərlərinə zidd hərəkət etmiş olardı.
Serbiya prezidenti əlavə edib ki, ölkəsi həm Rusiya, həm də Ukrayna ilə münasibətlərə xüsusi önəm verir və bu dövlətləri qardaş xalqlar hesab edir.