BAKI, 6 may. TELEQRAF
İraqın şimalında yerləşən İran hakimiyyətinə müxalif kürd qruplaşmasının mövqeləri pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik mənbələrinin açıqlamasına əsasən, zərbə Komala qruplaşmasının Süleymaniyyə şəhəri yaxınlığındakı qərargahına endirilib.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.