BAKI, 6 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio yaxın günlərdə İtaliya və Vatikana səfərləri zamanı Livandakı vəziyyət və xristianlara qarşı təzyiqlər məsələsini müzakirə etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, Rubio Vatikanın yüzdən çox ölkədə təmsil olunduğunu qeyd edərək, ABŞ-nin dini azadlıqlar və xristianların təqibi ilə bağlı məsələlərdə Müqəddəs Taxt-Tac ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb.
O, səfərinin Donald Trampın İtaliyanın NATO qarşısında öhdəlikləri ilə bağlı narazılığı fonunda baş tutması barədə iddiaları təkzib edib.
Məlumata görə, Rubio Livanla bağlı məsələlərdə İtaliyanın rolunu yüksək qiymətləndirərək, bu ölkənin Livan polisinin hazırlanmasında iştirak etdiyini bildirib.
ABŞ rəsmisi əlavə edib ki, Hizbullah hərəkatının Livan hökumətinə təsiri İsrail ilə münasibətlərin normallaşması yolunda əsas maneələrdən biri hesab olunur və bu təsirin azaldılması vacibdir.