BAKI, 6 may. TELEQRAF

"Kirov", "Orçenikidze", "Jdanov" kimi adlar vaxtilə işlədilirdi.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, təəssüf ki, hələ də bu adlara rast gəlirik:

“Bəzən insanlarımız "Xutora" gedirik deyir. Bir dəfə cavan oğlan "nol əlli" dedi, az qaldım ki, maşını saxlayıb deyim ki, sən niyə elə deyirsən axı? Bu, sıfır əllidir. Ona görə də bizim insanlarımız bu məsələdə daha diqqətli olmalıdır".