BAKI, 6 may. TELEQRAF

ABŞ hərbçiləri Panamada cəngəllik şəraitində döyüş hazırlığı kurslarını yenidən bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, təlim mərkəzi 25 ildən sonra fəaliyyətini yenidən başlayıb. Proqrama piyadalar, dənizçilər və dəniz piyadaları üçün cəngəllikdə sağ qalma, təxliyə və patrul tapşırıqları daxildir.

Bildirilir ki, bu təlimlər ABŞ administrasiyasının Meksika və Kuba ilə bağlı mümkün hərbi əməliyyatlara hazırlıq siqnalları fonunda aktuallaşıb.

Qeyd olunub ki, ABŞ hərbçiləri təlimləri Panama silahlı qüvvələri ilə birgə keçirir.

Xatırladaq ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun gələcəkdə Kuba ilə bağlı siyasətə yenidən baxmaq niyyətində olduğunu bildirmişdi.