BAKI, 6 may. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu ilə BƏƏ Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin BƏƏ-dəki səfirliyi məlumat yayıb.
Əl-Nəhyanla söhbətində Netanyahu İranın BƏƏ-yə son hücumlarını regional sabitliyə təhdid kimi qiymətləndirib.
Telefon danışığında o, İsrailin keçmişdə olduğu kimi ən yaxın müttəfiqlərinin yanında olduğunu və sülh və təhlükəsizliyin birgə təmin olunmasına sadiqliyini vurğulayıb.