BAKI, 6 may. TELEQRAF
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi ehtimal olunan gəmiyə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Məlumata görə, kəşfiyyat məlumatları gəminin Sakit okeanda tanınmış narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini təsdiqləyib.
Bildirilir ki, zərbə nəticəsində üç nəfər həlak olub, ABŞ hərbçiləri arasında xəsarət alan yoxdur.