BAKI, 6 may. TELEQRAF

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan Baş nazir Nikol Paşinyanın radikal müxalifət parlament seçkilərində qalib gələcəyi təqdirdə Azərbaycanla yeni müharibə barədə xəbərdarlığını məntiqli adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, parlamentdə müxalif deputatların müvafiq suallarını cavablandırarkən bildirib.

“Baş nazirin dediklərinin əsas məqsədi ondan ibarətdir ki, əgər seçkiqabağı dövrdə seçki iştirakçıları sülhün əsaslarını şübhə altına alsalar, bu, prosesi poza bilər”, - o qeyd edib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.