BAKI, 6 may. TELEQRAF
İranın Keşm adasında, Hörmüz boğazı ərazisində partlayış səsləri eşidilib.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" televiziya kanalı məlumat yayıb.
Məlumata görə, bir müddət əvvəl İranın Bəndər-Abbas və Buşəhr şəhərlərində də partlayış səsləri ilə bağlı xəbərlər yayılıb.
Hadisələrin səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.