Bu gün 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Teleqraf xəbər verir ki, uşaqların birinci sinfə qəbulu mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Elektron qəbul sistemi ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edir.

Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.