BAKI, 6 may. TELEQRAF
“Bizə qarşı həmişə qarayaxma kapmaniyası aparan qüvvələr var. Belə çıxmasın ki, qeyri-millətləri sıxışdırmağa çalışırıq”.
Teleqraf xəbər verir ki, bunu deputat Elman Məmmədov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Adları dəyişdirilən ərazilərdə artıq çoxluq azərbaycanlılar yaşayır. Ona görə də bu adların dəyişdirilməsi məqsədəuyğundur. Bu istiqamətdə respublikada görüləcək işlər çoxdur. Elə kənd, qəsəbə adları var ki, bilmirsən mənası nədir. Məsələn, Gödəklər kəndi, Düzqırıxlı kəndi və s. Bunlar baxılmalı məsələlərdir”,- deputat bildirib.