BAKI, 6 may. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçiriləcək görüşdə Tayvan məsələsinin gündəmdə olacağını bildirib.

Teleqraf xəbər verir ki, Rubio Ağ evdə jurnalistlərə açıqlamasında Tayvanın əsas müzakirə mövzularından biri olacağını vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Tayvan və ümumilikdə Hind-Sakit okean regionunda hər hansı sabitliyi pozan hadisələrin baş verməsini istəmir.

Məlumata görə, daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent Trampın Çinə səfərinin yenidən təxirə salınmasının planlaşdırılmadığını açıqlayıb.

Qeyd edək ki, Tramp mart ayında İranla bağlı hərbi əməliyyatlar səbəbindən Çin səfərini təxirə saldığını bildirmişdi.