BAKI, 6 may. TELEQRAF

İran Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri ərazisinə raket zərbələri endirilməsi ilə bağlı irəli sürülən ittihamları təkzib edib.

Teleqraf xəbər verir ki, İran Xarici İşlər Nazirliyi açıqlamanı "Telegram" kanalı vasitəsilə yayıb.

Məlumata görə, bəyanatda Abu-Dabi rəhbərliyinin İranın BƏƏ istiqamətində raket və pilotsuz uçuş aparatları buraxması ilə bağlı iddiaları “əsassız və yalan” adlandırılıb.

Qurum qeyd edib ki, bu cür ittihamlar həqiqəti əks etdirmir və regionda gərginliyin artmasına xidmət edir.