BAKI, 6 may. TELEQRAF

İran “Axios” portalının ABŞ ilə mümkün razılaşmanın yaxın olması barədə məlumatını təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ ilə danışıqlar üzrə İran nümayəndə heyətinin sözçüsü Məhəmməd Mərəndi deyib.

“Axios” Ağ Ev tərəfindən manipulyasiya üçün alətdir. İran (ABŞ Prezidenti Donald) Trampın Çinə səfərindən əvvəl mümkün böyük hücuma tam hazırdır”, - o bildirib.

Xatırladaq ki, sözügedən media orqanı bundan əvvəl mənbələrə istinadla ABŞ və İranın Vaşinqtonun şərtləri daxilində razılaşmaya çox yaxın olduğunu yazmışdı.