BAKI, 6 may. TELEQRAF

İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, Papaya qarşı hücumlar qəbuledilməzdir və sülh işinə töhfə vermir.

Teleqraf xəbər verir ki, İtaliya xarici işlər naziri bunu "X" sosial şəbəkəsində yazıb: "Papa Levonun hər bir hərəkətini və sözünə dəstəyimi bir daha təsdiqləyirəm. Bunlar dialoqun, insan həyatının və azadlığının dəyərinin sübutudur. Bu baxış münaqişələrin olduğu bütün sahələrdə diplomatiya yolu ilə sabitlik və sülhü təmin etməyə çalışan hökumətimiz tərəfindən də paylaşılır".