BAKI, 6 may. TELEQRAF
İsrailin Baş naziri Binyamin Netanyahu Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovu Qüdsdəki ofisində qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat verib.
Görüşdən sonra Netanyahu heç bir açıqlama verməyib.
Mladenov öz növbəsində Netanyahu ilə söhbəti "müsbət və əsaslı" adlandırıb.
"Prezident Donald Trampın hərtərəfli 20 maddəlik planının tam şəkildə həyata keçirilməsinə sadiq olduğumuzu bir daha təsdiqlədik. Öhdəlikləri konkret hərəkətlərə çevirmək üçün bütün tərəflərlə işləyirik. Tərəqqi qərarlar tələb edəcək. İsraillilər və fələstinlilər üçün daha yaxşı gələcək naminə irəliləməyə davam edirik", - deyə o, X-də yazıb.