BAKI, 21 aprel. TELEQRAF
Yekaterinburqun Lenin rayon məhkəməsi "Ura.ru" saytının redaktoru Denis Allayarovun barəsində rüşvət ittihamı ilə bağlı hökm çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə "Ura.ru" portalı məlumat yayıb.
Hökmə əsasən, o, 5 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib.
İstintaq materiallarına görə, D. Allayarov cinayət xülasələrini polis orqanlarında çalışan əmisindən pulla almaqda təqsirli bilinib.
Məhkəmənin qərarı ilə o, cəzasını çəkib bitirdikdən sonra 4 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan da məhrum edilib.