BAKI, 5 aprel. TELEQRAF
Şimali-qərb Pakistanının Hayber-Paxtunxva əyalətində 25 mart tarixindən bəri leysan yağışları nəticəsində ən azı 45 nəfər həlak olub, 105 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadla "Geo" telekanalı məlumat yayıb.
Əyalətin fövqəladə hallar idarəsinin məlumatına görə, əksər hallarda əhali tikililərin uçması və sel sularının daşması nəticəsində zərər görüb. Ümumilikdə 442 evə ziyan dəyib, onlardan 60-ı tamamilə dağılıb.
İdarə 6-9 aprel tarixlərində yenidən güclü yağışların gözlənildiyini xəbərdar edib və əhaliyə mümkün olduqda təhlükəli bölgələrə səfər etməməyi tövsiyə edib.