BAKI, 15 mart. TELEQRAF
ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl 100 milyon bareldən çox nefti regiondan kənara çıxararaq anbarlarda yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Vaşinqtonun bəzi müttəfiqləri, xüsusilə də Səudiyyə Ərəbistanı regionda gərginliyin artdığını nəzərə alaraq əvvəlcədən tədbirlər görüb.
“Əslində bəzi müttəfiqlərimiz, o cümlədən Səudiyyə Ərəbistanı münaqişə başlamazdan əvvəl Yaxın Şərqdən kənarda 100 milyon bareldən çox nefti anbarlarda yerləşdirib”, – deyə Rayt bildirib.
Nazir əlavə edib ki, Hörmüz boğazının mümkün bağlanması ilə bağlı da çoxsaylı ehtiyat planları hazırlanıb. Lakin o, bu istiqamətdə hansı konkret addımların atıldığını açıqlamayıb.