BAKI, 22 fevral. TELEQRAF
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar Cenevrədə 17-18 fevral tarixində keçirilmiş və növbəti raund 26 fevralda baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat verib.
Məlumata görə, əvvəlki danışıqların birinci günü təxminən 6 saat, ikinci günü isə 2 saat davam edib. Mənbə əlavə edib ki, yaxın vaxtlarda Ukrayna üzrə yeni görüş keçiriləcək.
Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə ilk üçtərəfli təhlükəsizlik konsultasiyaları yanvarın 23-24-də, ikinci raund isə fevralın 4-5-də Əbu-Dabidə baş tutmuşdu.