BAKI, 28 sentyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin dron zərbələri nəticəsində Rusiyanın Bryansk vilayətində qatarın hərəkətdə olduğu dəmir yolu körpüsü uçub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın regionunun rəhbəri Yeqor Kovalçuk məlumat verib.

Qubernatorun məlumatına görə, Dyatkovo-Lyudinovo dəmir yolu sahəsində körpünün bir hissəsi uçub və bununla birlikdə 10 vaqon relsdən çıxıb.

Bryansk vilayətinin Uneç rayonunda hücum nəticəsində 18 boş yarımvaqon relsdən çıxaraq aşıb. Daha bir hücum zamanı Navlya rayonunda dəmir yolu relsləri zədələnib.

İlkin məlumata görə, xəsarət alan olmayıb.