BAKI, 28 sentyabr. TELEQRAF
Avropada iqlim dəyişikliyinin futbola təsiri İtaliyada da özünü göstərir.
Teleqraf “La Repubblica”ya istinadən xəbər verir ki, İtalya A Seriyası təmsilçisi “Fiorentina” klubu əsas məşq bazası olan “Viola Park”ı tərk etməyi düşünür.
Futbolçular hər yay hazırlıq prosesinə təsir edən yüksək temperaturdan şikayətlənirlər.
Klub rəhbərliyi daha sərin ərazidə, hətta dağlıq bölgədə yeni məşq bazası yaratmaq variantını nəzərdən keçirir.
“Fiorentina”nın bazanı başqa ölkəyə, o cümlədən İngiltərə və ya Avstriyaya köçürməsi də istisna edilmir. Mənbə klubun son illərdə mövsümlərə uğursuz başlamasını bu problemin göstəricilərindən biri kimi qeyd edib.