BAKI, 28 sentyabr. TELEQRAF
Ukrayna Rusiya ərazisindəki hərbi zavodlara və neft bazalarına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, son sutka ərzində Ukrayna Rusiyanın müxtəlif bölgələrindəki hərbi obyektlərə, neft və dron bazalarına uğurlu hücumlar edib:
"Həmçinin Qara dənizdə də düşmən hədəfi məhv edilib. Biz uzaqmənzilli raketlərdən istifadə edərək rusların hücumlarına cavab veririk. Müharibəni başladığı yerə qaytaran hər kəsə təşəkkür edirəm. Rusiya eskalasiyanı dayandırmalıdır".