BAKI, 22 fevral. TELEQRAF

İran Rusiyadan “Verba” zenit-raket komplektləri və 2,5 min raket daxil olmaqla 500 milyon avroluq silah tədarükü barədə gizli razılaşma əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, saziş İranın hava hücumundan müdafiə sistemlərini bərpa etmək üçün nəzərdə tutulub. Bu sistemlər 2025-ci ildə İsraillə müharibə zamanı ciddi zərər görmüşdü. Saziş dekabr ayında Moskvada imzalanıb və tədarüklər 2027-2029-cu illərdə həyata keçiriləcək. Mənbələrin bildirdiyinə görə, artıq bir hissə sistemlər İran tərəfinə çatdırılmış ola bilər.

Saziş çərçivəsində 500 ədəd “Verba” PZMZ (portativ zenit-raket kompleksi) və 2,5 min raket, həmçinin 500 ədəd “Maugli-2” gecə görmə cihazı tədarük ediləcək. Raketin qiyməti 170 min avro, atıcı qurğunun qiyməti isə 40 min avrodur.

FT yazır ki, razılaşmanı “Rosoboronexport” və İran Müdafiə Nazirliyinin Moskva nümayəndəliyi (MODAFL) arasında aparılıb. Dövlət şirkəti və Kremlin nümayəndələri jurnalistlərin sorğularına cavab verməyib. Sazişi MODAFL əməkdaşı Ruholla Kətəbi koordinasiya edib.