BAKI, 18 fevral. TELEQRAF
ABŞ-nin Florida ştatının Nümayəndələr Palatası Palm-Biçdə yerləşən hava limanının Prezident Donald Trampın şərəfinə adlandırılmasını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Qanun layihəsinin həmmüəllifi, Respublikaçılar Partiyasından olan deputat Meq Vaynberqer bildirib ki, Palm-Biç prezidentin doğma şəhəridir və o, hava limanından təxminən 8 km məsafədə yaşayır.
Səsvermə zamanı 81 qanunverici təşəbbüsün lehinə, 30 nəfər isə əleyhinə çıxış edib.
Qeyd edək ki, bundan əvvəl Tramp Floridada bir bulvarın onun şərəfinə adlandırılması mərasimində də iştirak etmişdi.