BAKI, 17 fevral. TELEQRAF

Qırğızıstanda növbəti Prezident seçkiləri 2027-ci il yanvarın 24-də keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Məhkəmənin rəsmi məlumatına görə, ölkə qanunvericiliyinə, xüsusilə “Prezident və Joqorku Keneş (Ali Şura) deputatlarının seçkiləri haqqında” qanunun 10-cu fəslinə əsasən, növbəti seçkilər 2027-ci ilin yanvar ayının dördüncü bazar gününə təsadüf etməlidir.