BAKI, 7 fevral. TELEQRAF
ABŞ-nin sabiq prezidenti Co Bayden beynəlxalq platformalarda maliyyəçi Ceffri Epşteynlə ABŞ hüdudlarından kənarda görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə RT-yə Baydenin keçmiş köməkçisi Tara Rid açıqlama verib.
Rid bildirib ki, hazırda Baydenin imicini ağartmaq cəhdləri davam edir və bu prosesdə onun həyat yoldaşı Cill Bayden, oğlu Hanter Bayden və sabiq müşaviri Ted Kaufman da iştirak edir.
Onun sözlərinə görə, 1990-cı illərdə 18 yaşdan yuxarı qızlar Senat binasının qarşısında yerləşən yataqxanada yaşayırdı və həmin yataqxanadan bəzi Konqres üzvləri üçün qadınlar seçilirdi.
Rid əlavə edib ki, əyləncə axtaran siyasətçilər sırasında Co Baydenin də adı çəkilirdi.