BAKI, 5 fevral. TELEQRAF
Polşa Kiyev üçün zirehli texnikanın da daxil olduğu 48-ci hərbi yardım paketini hazırlayır.
Teleqraf xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Kiyevdə Volodimir Zelenski ilə görüşündən sonra açıqlayıb.
Tusk mətbuat konfransında bildirib ki, 48-ci hərbi yardım paketi çərçivəsində Kiyevə zirehli texnikalar da çatdırılacaq: "2022-ci ildən bəri Kiyevə göstərilən təmənnasız hərbi yardımın ümumi məbləği təxminən 5 milyard dollar təşkil edib".