BAKI, 5 fevral. TELEQRAF

İkinci dəfə prezident seçilmək mənə lazım idi. Qalib gəlməli idim. Bu, eqom üçün lazım idi. Əks halda bu, məni ömrümün sonuna qədər narahat edəcəkdi.

Teleqraf xəbər verir ki, bunu Vaşinqtonda keçirilən ənənəvi səhər yeməyində ABŞ Prezidenti Donald Tramp bildirib.

Amerika liderinin sözlərinə görə, ABŞ Demokrat Partiyasının nümayəndələri Co Baydenin qalib gəldiyi 2020-ci il seçkiləri zamanı saxtakarlıq ediblər və onun yenidən seçilməsinə mane olmağa çalışıblar. Lakin dörd il sonra o, nəhayət ki, məqsədinə çata bilib.

Trampın "bu dəliləri məğlub etmək inanılmaz idi, elə deyilmi?" açıqlaması gülüşə və alqışlara səbəb olub.

Ağ Ev rəhbəri bir daha sələfi Co Baydenə və onun iş qabiliyyətinə ironiya edib: "O, prezident olduğunun fərqində deyildi".