BAKI, 5 fevral. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubu Saşa Boeyin keçidini açıqlayıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı müdafiəçini Almaniyanın “Bavariya” klubundan cari mövsümün sonunadək icarəyə götürüb.
Razılaşmaya əsasən, “Qalatasaray” Bundesliqa təmsilçisinə 500 min avro icarə haqqı ödəyəcək, futbolçuya isə mövsümün qalan hissəsi üçün 1 milyon 750 min avro maaş veriləcək. Anlaşmada məcburi olmayan satınalma şərti də nəzərdə tutulub.
Qeyd edək ki, Saşa Boey 2024-cü ilin yanvarında 30 milyon avro qarşılığında “Qalatasaray”dan “Bavariya”ya keçib. O, cari mövsüm ərzində Münhen klubunun heyətində 15 oyunda iştirak edib.