BAKI, 5 fevral. TELEQRAF
Vaşinqton və Moskva Əbu-Dabidə keçirilən danışıqlardan sonra yüksək səviyyəli hərbi dialoqu bərpa etmək barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Hərbi dialoqun qorunması qlobal sabitlik və sülh üçün vacibdir və buna yalnız güc yolu ilə nail olmaq mümkündür. Şəffaflığın artırılması və gərginliyin azaldılması üçün dialoqa ehtiyac var" - razılaşmada qeyd olunub.
Əlaqənin bərpası ABŞ Avropa Komandanlığının komandanı Aleksus Qrinkeviçin Əbu-Dabidə Rusiya və Ukraynanın yüksək vəzifəli hərbi rəsmiləri ilə danışıqlar aparmasından sonra baş tutub.