BAKI, 5 fevral. TELEQRAF
ABŞ və Venesuela dünyadakı neft ehtiyatlarının 68%-nə sahibdir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən səhər yeməyində bildirib.
Tramp bildirib ki, ABŞ Venesuela ehtiyatlarını istismar etməklə neft qiymətlərini aşağı salmaq niyyətindədir. O həmçinin bunun ölkə iqtisadiyyatının bərpasına kömək edəcəyini deyib.
Ötən ayın sonlarında ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Venesuela neft satışından əldə edilən gəlirləri bloklanmış hesaba yönəldəcəyini və onların xərclənməsinə nəzarət edəcəyini açıqlayıb.