BAKI, 5 fevral. TELEQRAF
Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub.
Teleqraf-ın xəbərinə görə, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Amid Verdiyev Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.