BAKI, 5 fevral. TELEQRAF
Almaniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf xəbər verir ki, bu badəə Rusiya XİN məlumat yayıb.
" Almaniya hökumətinin 22 yanvar 2026-cı il tarixli qərarı ilə bağlı Almaniya tərəfinə sərt etiraz bildirilib. Almaniyadakı Rusiya səfirliyinin əməkdaşının "persona non qrata" elan edilməsi barədə qərar qəbul edilib. Rəsmi Berlin tərəfindən diplomata qarşı kəşfiyyat fəaliyyəti ittihamlarının əsassız olduğu və Almaniya hakimiyyətinin təhriki ilə təbliğ edilən "casusluq ehtirasları" ruhunda uydurulduğu vurğulanır . Rusiya tərəfi onları qəti şəkildə rədd edir" - məlumatda qeyd olunur.
Rusiya XİN Almaniya tərəfinin hərəkətlərini Almaniyadakı diplomatik nümayəndəliyin nüfuzdan salmağa yönəlmiş ucuz bir təxribat kimi qiymətləndirir.
Almaniya diplomatik missiyasının rəhbərinə etiraz notası təqdim edilib və Almaniya hökumətinin yuxarıda qeyd olunan qərarına cavab olaraq Moskvadakı Almaniya səfirliyinin diplomatik işçisini "persona non qrata" elan edilib.
"İkitərəfli münasibətlərdəki yeni gərginliyə görə bütün məsuliyyət Almaniya hökumətinin üzərinə düşür ", - deyə bəyanatda bildirilir.