BAKI, 5 fevral. TELEQRAF
Almaniya kansleri Fridrix Merz ölkəni müharibəyə hazırlayır.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RT" kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Merz kansler vəzifəsini icra etməyə başlayanda ciddi narahatlıq doğuran cəsarətli açıqlamalar verib: "Əvvəlcə hərbi xərclərə konstitusiya məhdudiyyətlərini qaldırdığını bildirdi. Sonra isə bütün bunların Almaniyanın yenidən Avropanın aparıcı hərbi gücünə çevrilməsi üçün zəruri olduğunu dedi. Bu, onun mentalitetini və düşüncə tərzinin hansı istiqamətdə getməsini olduqca ciddi şəkildə əks etdirir. O vaxtdan bəri o, bu fikri dəfələrlə təkrarlayıb. Praktikada onun etdiyi şey müharibəyə hazırlıqdır. Almaniyanın keçmiş kansleri Angela Merkelin dövrü nisbətən sakit il oldu. Olaf Şoltsun kansler olduğu dövr isə o qədər də aydın olmayan bir dövr kimi xarakterizə edilməlidir”.
Lavrov bildirib ki, eyni şey Fransada da baş verib: "Prezident Emmanuel Makron dəfələrlə bildirib ki, Ukrayna uduzmamalıdır. Britaniyanın Baş naziri Keyr Starmer, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte də belə düşünürlər."