BAKI, 5 fevral. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduronun ən yaxın müttəfiqi və maliyyə məsələləri üzrə əsas fiquru hesab edilən Aleks Saab Karakasda keçirilən xüsusi əməliyyat nəticəsində həbs olunub.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd edilib ki, bu əməliyyat ABŞ xüsusi xidmət orqanları və Venesuelanın yeni keçid hökumətinə sadiq qüvvələrin birgə fəaliyyəti nəticəsində reallaşıb.