BAKI, 5 fevral. TELEQRAF

Əbu-Dabidə ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının ikinci raundu başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosty" məlumat yayıb.

***

11:30

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ukraynadakı münaqişənin həllinə dair üçtərəfli danışıqlar davam edir.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqlar mətbuata qapalı formatda keçirilir.