BAKI, 5 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatın gizli detallarını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp NBC kanalına müsahibəsində bildirib.
O, əməliyyat zamanı istifadə olunan və düşməni tamamilə iflic edən gizli silahın adını özünün qoyduğunu bəyan edib.
Donald Tramp "Dezorientator" (The Discombobulator) adlandırdığı texnologiyanın Venesuela ordusunun bütün texnikasını sıradan çıxardığını bildirib.
Prezidentin sözlərinə görə, bu silah düşmənin bütün elektron avadanlıqlarını qəfildən işləməz hala gətirir:
"Onların əlində Rusiya və Çin istehsalı olan ən müasir raketlər var idi. Amma biz əraziyə daxil olanda heç bir raket havaya qalxa bilmədi. Onlar düymələri basalar da, heç nə işləmədi. Texnika sanki ölmüşdü",- o qeyd edib.