BAKI, 5 fevral. TELEQRAF

Rusiya və ABŞ hərbi xətt üzrə yüksək səviyyəli dialoqu bərpa etmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) məlumat yayıb.

Məlumata görə, razılaşma iki ölkənin hərbi nümayəndələri arasında Əbu-Dabidə keçirilən görüşdə əldə olunub.

Qeyd edək ki, ABŞ və Rusiya hərbi idarələri arasında yüksək səviyyəli əlaqə 2021-ci ildə dayandırılıb.