İsrail ordusu Livana qarşı yeni zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Hədəf şiə təşkilatı Hizbullaha məxsus hərbi obyektlər olub. Bəyanatda deyilir ki, Livanın bir neçə bölgəsinə zərbələr endirilib.
Hava hücumlarının əksəriyyəti cənubi Cezzin vilayətindəki Mahmudiyyə rayonuna yönəlib. Bu rayonda şiə Hizbullah milisinin hərbi infrastruktur obyektləri yerləşir. Livanın şimalındakı Hermel bölgəsindəki şiə döyüşçülərinin təlim bazaları və silah anbarları da bombalanıb. Tələfat barədə məlumat verilməyib.
İsrail tərəfinin məlumatına görə, hücum Hizbullahın atəşkəs razılaşmalarını dəfələrlə pozmasına cavabdır.