BAKI, 5 fevral. TELEQRAF

Rusiya bir sıra Avropa liderləri ilə ictimaiyyətə açıqlanmayan əlaqələrə malikdir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri "RT" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu söhbətlər Ukrayna münaqişəsinin həlli üçün heç bir yeni yanaşma təklif etmir.

"Bəzi Avropa liderləri ilə əlaqələrimiz var. Onlar zəng edib bu söhbətləri ictimailəşdirməməyimizi xahiş edirlər. Bəziləri bura gəlirlər, gizli əlaqələr var", - deyə Lavrov bildirib.

O, Avropa tərəfdaşları ilə aparılan bu məxfi danışıqların məzmununun onların açıq bəyanatlarından heç də fərqlənmədiyini vurğulayıb. Lavrovun sözlərinə görə, Avropa nümayəndələri münaqişəyə son qoymaq və həll yolu tapmaq üçün ortaq çağırışlarını təkrarlayırlar.

Lavrov daha öncə bildirib ki, Avropada utanmaq qabiliyyəti olmayan bir çox siyasətçi var.