BAKI, 5 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddəti başa çatdıqdan sonra hakimiyyətdə qala biləcəyi ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp NBC kanalına müsahibəsində bildirib.

"Bilmirəm. Bu, maraqlı olardı. Amma sizinlə razılaşsaydım və axtardığınız cavabı versəydim, bu çox dəhşətli olmazdımı? Bu, həyatı daha az maraqlı edərdi, elə deyilmi?",- o qeyd edib.